Şahin Bağırov 20 -dən artıq əməkdaşa töhmət verdi

  • By admin
  • 30 Avqust 2022 18:28

Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini  icra edən Şahin Bağırov Hava Nəqliyyatında Baş Gömrük  İdarəsinin işçilərinə kütləvi töhmət verib.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Bağırovun əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqova isə şiddətli töhmət verilib.

Məlumatda, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində daxili yoxlama getdiyi deyilir.

Gununsesi.info