Son dövrlərdə sosial şəbəkələrdə şəxslər arasında olan yazışmaların “screenshot” şəklində paylaşılması halları artıb.
Xüsusilə mübahisəli vəziyyətlərdə və şəxsi münasibətlərdə aparılan yazışmaların icazəsiz şəkildə yayılması ictimai müzakirələrə səbəb olur.
Hüquqşünaslar isə bildirirlər ki, bu cür hərəkətlər hüquqi baxımdan ciddi nəticələr doğura bilər.
Şəxsi yazışmaların qorunması qanunla tənzimlənir.
Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun sözlərinə görə, şəxsi yazışmaların tərəflərin razılığı olmadan yayılması məxfilik hüququnun pozulması kimi qiymətləndirilir.
Onun izahına görə, şəxsi mesajların icazəsiz şəkildə üçüncü şəxslərlə paylaşılması və ya sosial şəbəkələrdə yayılması hüquq pozuntusudur və bu, zərərçəkmiş tərəfin məhkəməyə müraciət etməsinə əsas yarada bilər. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Həmin maddə şəxsi yazışmaların, telefon danışıqlarının və digər məlumatların məxfiliyini də qoruyur. Bu o deməkdir ki, iki şəxs arasında aparılan mesajlaşma tərəflərin şəxsi məlumatı hesab edilir və qarşı tərəfin razılığı olmadan ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər.
Orxan











