Seçiciləri Jalə Əliyevanı axtarır

  • By admin
  • 07 Mart 2023 10:46

92 saylı Zərdab-Ucar seçki dairəsidən deputat seçilən Jalə Əliyeva seçiciləri ilə görüşdən yayınır.

Bu barədə Gununsesi.info-ya müracit edən onun seçicisi olan bir qrup qazi bildirib.

Onların sözlərinə görə, deputatlarını ən sonuncu dəfə müharibədən sonrakı ilk dövrlərdə görüblər.

Bir sıra problemləri olduqlarını deyən müharibə iştirakçıları bildirib ki, yerli icra hakimiyyəti orqanlarının gücü çatmadığı məsələlər var ki, onu ancaq deputat müvafiq nazirliklərlə müzakirə edə bilər.

Jalə Əliyevanın rayona az hallarda gəldiyini vurğulayan seçicilər bildirir ki, gəldiyində isə yerli rəhbərliklə görüşür: “Burada köməkçisi var və onun da işi ancaq ərizə almaqdan ibarətdir”.

 

Afət Abbasova

Gununsesi.info