Xocəsən-Sədərək yolunda avtobus yandı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 07 Mart 2023 10:38

“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan IVECO OTOYOL markalı 90-LR-327 nömrə nişanlı avtobus, ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alovlanaraq yanıb.

“Yanğın qısa müddət ərzində söndürülüb. Qeyd olunan yolda hərəkət tam bərpa edilib. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, – deyə R.Tağıyev bildirib.

09:24

Bakıda sərnişin avtobuslarından biri alışaraq yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

Gununsesi.info