Seçkini qazanarsa komandasını dəyişəcək -ƏRDOĞAN XALQIN NARAZI QALDIĞI NAZİRLƏRLƏ VİDALAŞIR

  • By admin
  • 17 Mart 2023 13:34

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərini qazanarsa, komandasını yeniləyəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Reuters-ə danışan AKP-nin seçki manifestinin layihəsi ilə tanış olan şəxslərdən biri deyib.

Məlumata görə, dörd məmur AKP-nin ilk illərindəki iqtisadi prinsiplərə və azad bazar iqtisadiyyatı siyasətlərinə qayıtmağı planlaşdırdığını bildirib.
Adlarının açıqlanmasını istəyən rəsmilər prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəki iqtisadiyyata rəhbərlik etməyi planlaşdırdığını bildiriblər. Reuters Şimşekin beynəlxalq maliyyə dairələrində çox hörmətli bir ad olduğunu şərh edib.


Bildirilib ki, bəyannamə layihəsində AKP-nin son dövrdə həyata keçirdiyi “Yeni İqtisadiyyat Modeli”nə istinad edilməyəcək və partiyanın keçmişdə izlədiyi daha ortodoks (ümumi qəbul edilmiş) siyasətlərə qayıdış yer alacaq.
Hökumət rəsmisi qanun layihəsindəki iqtisadi yanaşmanı “Bu yanaşma AK Partiyanın 2002-ci il seçki manifestinə çox bənzəyir. Yəni AK Partiya öz mahiyyətinə qayıdır” kimi şərh edib və əlavə edib ki, layihə üzərində iş son mərhələdədir.

Son illər Ərdoğanın xalq arasında reytinqinin düşməsinə əsas amil kimi onun komandası göstərilir.

 

Tərcümə:

Afət Abbasova

Gununsesi.info