
Şəmkir sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində baş verib.
Qəsəbə sakini 1970 ci il təvəllüdlü E.M ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.