SEPAH Suriyada daha bir bazasını itirdi

  • By Günel
  • 01 Dekabr 2024 13:09

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Suriyada daha bir bazasından məhrum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, SEPAH-ın Xan Şeyxundakı hərbi bazası “Təhrir Əş-Şam” silahlıları tərəfindən ələ keçirilib.

Qeyd edək ki, dünən SEPAH-ın Sərakib şəhərindəki bazasını da itirdiyi məlum olub.

Gununsesi.info