Serbiya naziri Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırıb.

Serbiyanın İqtisadiyyat naziri Rade Basta bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi “dözülməz olur”. O, məhdudiyyətləri dəstəkləyib və hökumətin digər üzvlərini qərarlarını verməyə çağırıb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. “İqtisadiyyat naziri kimi mən Serbiya prezidenti Aleksandr Vuçiçə edilən təzyiqləri qəbul edə bilmirəm, biz isə susuruq. Bu səbəbdən mən Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıyam, dövlət və milli maraqların qorunmasında prezident Vuçiçi dəstəkləyirəm və ona tam etibar edirəm”, – cənab Basta İnstaqram hesabında yazıb.

Serbiya Aİ üzvlüyünə namizəddir. Brüssel islahatlar aparmaqla yanaşı, koordinasiyalı xarici siyasət, o cümlədən sanksiyalar tələb edir. Aleksandr Vuçiç fevral ayında bildirmişdi ki, o, ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən nə qədər qaça biləcəyini bilmir. O, həmçinin mart ayında Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyinə and içə bilməyəcəyini demişdi.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info