Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmir

  • By admin
  • 14 Mart 2023 12:45

Tanınmış vəkil Ceyhun Yusifov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Elvin Qasımovla görüşə bilmir.

Gununsesi.info-nun xəbərinə görə, vəkil bu barədə sosial şəbəkədə yazıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nəzərinə:

Artıq 4 gündür ki, AR DİN-in BMCMİ tərəfindən hüquqlarını müdafiə etdiyim E.Qasımov barəsində vəkil orderi qəbul edilmir. AR DİN-in BMCMİ açıq-aşkar hüquqi yardımın göstərilməsinə qərəzli şəkildə maneəçilik yaradır.

BUNA DA BAX:

“Emin Naxçıvaniski”nin narkotiklə həbs olunan qardaşını bu vəkil müdafiə edəcək

Qeyd edək ki, Elvin Qasımov bir neçə gün əvvəl Bakıda baş verən güllələnmə olayında adı sifarişçi kimi çəkilən “Emin naxçivaniski” kimi tanınan Emin Qasımovun qardaşıdır.

Elvin Qasımovun ailəsi saytımıza açıqlamasında onun günahsız olduğunu deyib.

Ailə bildirir ki, qardaşına görə, Elvin Qasımov qanunsuz həbs edilib.

 

Elmar

Gununsesi.info