Suriyanın paytaxtı Dəməşqdə devrilmiş lider Bəşər Əsədin qardaşı Maher Əsədin bağ evinin altında seyflərin olduğu tunellərdə zirehli qapıları açılmayan otaqlar aşkarlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə dağılan rejim ordusunun ən elit birliyi olan 4-cü Zirehli Diviziyanın komandiri Maher Əsədin bağ evi görüntülənib.

Paytaxta baxan hündür təpənin üzərində, Dəməşq-Beyrut avtomobil yolunun yaxınlığında tikilmiş iqamətgah üç mərtəbədən ibarətdir.
Elektrik xətləri, ventilyasiya, yataq otağı, mətbəx və hamam kimi kupelərin olduğu tunellərin zirehli qapılarla mühafizə olunması diqqət çəkir.
Tunellərdə hələ də zirehli qapıları açılmayan və içindəkilər məlum olmayan iki otaq var.
Hündür divarlarla əhatə olunmuş binanın geniş həyətində helikopter meydançası var.
Bağ evinin birinci mərtəbəsində dayanacaq və iclas zalı, birinci mərtəbədə isə tunel şəbəkəsinə açılan zirehli qapı yerləşir.
Qapıdan enən pilləkənlərin 22 pilləsi ilə endikdən sonra ara hissəyə çatırsınız.Burada dincəlmək üçün istifadə edilən tunel görmək olar. Daha 130 pillə enmək tunel şəbəkəsinə aparır.
Orxan












