“Şeytanın yer üzündəki təmsilçisi” demişdi… – Qarşısında diz çökdü

  • By admin
  • 12 Fevral 2024 08:55

İsrailə səfəri zamanı “Yəhudi ola bilərdim” deməsi ilə çox danışılan Argentinanın ifrat sağçı prezidenti Xavyer Milei Vatikana gedib.

Gununsesi.info xəbər verir ki, Müqəddəs Pyotr Bazilikasında təşkil edilən mərasimdə Miley əlil arabasında əyləşən Papanın qarşısında diz çökərək Fransisi qucaqlayıb.

Miley bundan əvvəl Papa Fransiskin sosial ədalət siyasətini tənqid etmiş və onu kommunizmdə ittiham etmişdi. Milei açıqlamalarında “sosial ədaləti müdafiə edən axmaq” və “şeytanın yer üzündəki təmsilçisi” kimi ifadələr işlədib.

Papa bu sözlərə “Seçki kampaniyasında bəzi şeylər deyilir… amma bunlar müvəqqəti şeylərdir, müəyyən diqqəti cəlb etmək üçün istifadə edilən, lakin sonra öz-özünə yox olan şeylərdir” deyə cavab verib.

Gununsesi.info