Səyyad Salahlı İmişlidə 20 Yanvar faciəsinin anım mərasimində iştirak edib - FOTOLAR

Deputat Səyyad Salahlı İmişlidə 20 Yanvar faciəsinin 35-ci ildönümünün anım mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu gün xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Gununsesi.info