Silahlı hücumlar və intihar hallarının artmasının müharibə ilə bağlılığı var - PSİXOLOQ

  • By admin
  • 29 Mart 2023 09:05

“Son zamanlar müxtəlif silahlı hücumların olması hamını narahat edir.
Eyni zamanda intiharların artması da müşahidə olunur. Elmi araşdırmalar göstərir ki, müharibədən sonra qeyd etdiyim hər iki hal artır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış psixoloq, uzman doktor Fuad Bəşirov deyib.

Onun sözlərinə görə, bunların qarşısını almaq üçün psixoloji reabilitasiyanın istər fərdi, istərsə də toplum əsasında edilməsi zəruriliyi ortaya çıxır.

“Dövlət tərəfindən və ya müxtəlif dərnəklər mütləq müxtəlif səviyyələrdə həyata keçirilməlidir.

Digər tərəfdən, müharibədə nəzarətsiz qalmış silahların toplanması üçün addım atılmalıdır”.

Şəbnəm
Gununsesi.info