Soçi görüşü bu saatda başlayır

  • By admin
  • 31 Oktyabr 2022 13:42

Rusiya Prezidenti Vladimir Putin Soçidə saat 14:00-da (13:00 Moskva vaxtı) Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Putin arasında ikitərəfli görüş isə Bakı vaxtı ilə saat 15:00-a nəzərdə tutulub.

“Yerli vaxtla saat 16:00-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”, – məlumatda qeyd olunub.

Gununsesi.info