Soçidə üçtərəfli görüşlə bağlı Ermənistan XİN-dən -Açıqlama

  • By admin
  • 22 Noyabr 2021 19:27

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın noyabrın 26-da Soçidə mümkün görüşü ilə bağlı KİV-də yayılan məlumatı şərh edib.

Gununsesi.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyanın sözlərinə görə, hazırda noyabrın 26-da görüşün Soçidə keçiriləcəyi ilə bağlı məlumat yoxdur:

“Əvvəlcədən dediyimiz kimi, müxtəlif formatda müxtəlif görüşlərin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Görüşün keçirilmə vaxtı və formatı barədə razılıq əldə edildikdə, ağlabatan müddət ərzində bu barədə qabaqcadan məlumat verəcəyik”, – Hunanyan deyib.

Gununsesi.info