Sudanda bombalı hücum nəticəsində 9 nəfər həlak olub

  • By Günel
  • 09 Dekabr 2024 09:02

Təxminən 20 aydır ki, Sudanın paytaxtı Xartumda ordu ilə döyüşən Xızır Dəstək Qüvvələri bombalı hücum həyata keçirib.

Gununsesi.info APA- ya istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər həlak olub.

Xartum əyalətinin Səhiyyə Nazirliyindən verilən açıqlamada qruplaşmanın paytaxtın qərbində yerləşən Umdurman bölgəsindəki yaşayış məntəqələrini artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.

Açıqlamada hücum zamanı 9 nəfərin həlak olduğu, 35 nəfərin isə yaralandığı bildirilib.

Gununsesi.info