“Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün region üçün yeni imkanlar yarada bilər. Azərbaycanın özü üçün də real fürsət anı yaranıb. Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar”.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir.
Ötən müddətdə sülh istiqamətində mühüm irəliləyişlərin əldə olunub.
Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq”.
Səfirin sözlərinə görə, nəqliyyat, enerji və rabitə əlaqələrinin yenidən açılması regionun inkişafına təsir göstərə bilər:
“Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımçı ola bilər.
O, Böyük Britaniyanın Orta Dəhlizin inkişafını dəstəkləməyə hazır olduğunu da bildirib.
“Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirilməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır”,-deyə səfir əlavə edib.
Şəbnəm






