“Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram” - İLHAM ƏLİYEV

  • By admin
  • 26 Oktyabr 2020 13:20

“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”.

Gununsesi.info xəbər verir ki, bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
 
“Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, – Prezident vurğulayıb.

Ölkə başçısı bildirib: “Qoşulmama hərəkatına üzv dövlətlər kişi kimi bizim arxamızda durdular, necə ki, biz onların arxasında dururuqQ.

Ali Baş Komandan deyib ki, biz haqq yolumzudan dönməyəcəyik:

“Beynəlxalq hüquq bizim tərəfimizdədir. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Yoxsa, axıra qədər gedəcəyik, sonacan gedəcəyik! Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”.

Prezident deyib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç kimdən kömək istəmir:

“Sadəcə bizə mane olmasınlar, çəkilsinlər yolumuzdan. Bu müharibə bitəcək, amma həmin dövlətlər hansı üzlə bizə müraciət edəcəklər?! Bir aydır  bunlara dözürdüm, amma nə qədər dözmək olar?! Vasitəçi neytral olmaldır, əgər neytral deyilsə, getsin üzvlüyünü geri götürsün. Beş rayon deyirdilər. O beş rayonun böyük hissəsi bizdədir”.

Prezident qeyd edib ki, bir neçə gün sonra Cenevrədə xarici işlər nazirlərinin görüşünü təyin ediblər. 

“Etsinlər, mənim etirazım yoxdur. Problemi həll etməyən bu cür görüşlər çox olub. Mən deyirəm bu görüş mənasızdır. Görüş problemin həlli üçün olmalıdır. Sizin bir sözünüzlə Ermənistan Azərbaycan torpaqlarından çıxa bilər, amma bunu etmirsiniz.

Biz hazırıq ki, məsələ hərbi siyasi yolla həll olunsun. Amma yetər ki, həll olunsun. Hərbi siyasi həll Azərbaycan torpaqlarının bütövlüyündən keçir”.

Gununsesi.info