“Təhsil sahəsində alim və tədqiqatçı çatışmazlığı ciddi problemlər yaradır” -TƏHSİL EKSPERTİ

Ölkə təhsilində islahatların aparılması vacibdir. Bəzən bu islahatlar elmi əsaslara söykənmədiyi üçün müəyyən problemlər yaradır.

Təhlilçilər deyir ki, pedaqoji sahədə alim və tədqiqatçı azlığı, islahatların faydasını azaldır və buna görə elmi-tədqiqat işlərinin gücləndirilməsi vacibdir.

Gununsesi.info-ya danışan təhsil eksperti Elşən Qafarov qeyd edib ki, ölkə təhsilinin acınacaqlı durumunun bariz nümunələrindən biri pedaqoji sahədə elmi araşdırmaların aparılmaması və alim qıtlığıdır.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsil sahəsində yeganə elmi-tədqiqat müəssisəsi olsa da, onun rəhbər heyətinin demək olar ki, heç bir üzvünün sahə üzrə adi elmi araşdırması yoxdur.

“Təhsildə islahatlar sürətlə davam etsə də, pedaqoji elmin inkişafı olmadan bu islahatların effektivliyi məhdud qalır”, -deyə o əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info