Tətil Almaniyanı iflic edib

Almaniya, ölkə üçün nadir miqyasda nəqliyyat işçilərinin iflic tətili ilə oyanıb. Bu sosial vəziyyət Almaniyanı təmiz iflic vəziyyətə salıb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Hava limanları, dəmir yolu, dəniz nəqliyyatı, avtomobil şirkətləri, yerli nəqliyyat işçiləri 24 saatlıq tətil etmək niyyətindədirlər. Bir neçə həftədir ki, həmkarlar ittifaqları son illərdə itirilmiş alıcılıq qabiliyyətini bərpa etmək üçün əmək haqqının 10%-dən çox artırılmasını tələb edir.

İşəgötürənlər isə öz növbəsində 1000 və 1500 avroluq iki birdəfəlik ödənişlə 5% artım təklif ediblər. Hazırkı kütləvi tətil Almaniyada artan sosial gərginliyin göstəricisidir. İlin əvvəlindən ölkədə əmək haqlarından narazılıq səbəbindən vaxtaşırı müxtəlif sahələrdə tətillər keçirilir. Almaniyada qiymətlər bir ildən çoxdur ki, yüksəlir və fevralda inflyasiya 8,7%-ə çatıb. Eyni zamanda, 2020-ci il pandemiya istisna olmaqla, real əmək haqqı sistematik olaraq 2014-cü ildən 2021-ci ilə qədər artmışdır. 2022-ci ildə isə əmək maaşların 3,5 faiz kəsilməsi inflyasiyanı daha da artırdı.

 

Tərcümə:

Adil

Gunusesi.info