Twitter-in məxfi kodları internetə sızdırılıb

  • By admin
  • 27 Mart 2023 12:47

Twitter-in məxfi kodlarının bir hissəsi  internetə sızdırılıb. 

Bu barədə Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbərdə deyilir.

Məlum olub ki, Twitter-in onlayn işləməsini təmin edən bəzi kodlar internetə sızdırılıb.

Xəbərə görə, şirkətin Kaliforniya ştatında yerli məhkəməyə təqdim etdiyi sənədlərdə Twitter-i işlədən kodun bəzilərinin Github-da dərc edildiyi bildirilib.

Qeyd edək ki, Github Microsoft-a məxsus kod və proqram təminatı paylaşma platformasıdır.

Yenə məhkəməyə təqdim edilən sənədlərə görə, İlon Maska məxsus Twitter kodu sızdıran şəxsin məlumatlarının açıqlanmasını tələb edir.

Məhkəməyə təqdim edilən dosyedə kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib.

 

Tərcümə:

Afət