Tofiq Musayev Mübariz Mənsimovla görüşüb

  • By admin
  • 29 İyun 2022 20:01

 

Dünya səviyyəli idmançımız Tofiq Musayev İstanbulda “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun qonağı olub.
Gununsesi.info bildirir ki, bu barədə Mənsimov özünün sosial şəbəkə hesabında yazıb:
“O, Azərbaycanın bayrağını həm dünyanın ən məhşur idman arenalarında, həm də 44 günlük Vətən Savaşında qaldırıb.
Rizin Fighting World Gran Pirisinin Cempionu olan Əziz qardaşımız Tofiq bəy bu yaxınlarda Amerikada dünyanın ən məşhur döyüşlərinə – BELLATOR-a gedir.
Ona uğurlar arzu edirəm və növbəti qələbə ilə Vətənə qayıtmasını gözləyirik!”

Afət Abbasova
Gununsesi.info