ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında videoçarx yayımlanıb.
Gununsesi.info xəbər verir ki, videoçarx Vensin “X” hesabında “Bu həftə Vitse-prezident Vens sülh naminə Ermənistan və Azərbaycana tarixi səfər edib” başlığı ilə paylaşılıb.
“Bu, ABŞ Prezidentinin xarici siyasətimizi yönləndirdiyi istiqamətdir. Prezident Tramp və eləcə də mən bu tərəfdaşlığa sadiqik”, – Vensin paylaşımında qeyd edilib.
Xatırladaq ki, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.












