Türkiyə Maarif Vəqfi: “Bu il Azərbaycanda məktəb açacağıq”

  • By admin
  • 03 May 2021 17:58

Türkiyə Maarif Vəqfi bu il Azərbaycanda məktəb açacaq.

Gununsesi.info “Son Dakika”nın məlumatına istinadən xəbər verir ki, bu barədə vəqfin rəhbəri professor Birol Akgün onlayn keçirilən “Universitetlərlə əməkdaşlıq” müşavirə iclasında bəyan edib.

O, Afrika və Asiyada güclü təhsil müəssisələri yaratdıqlarını, Balkan yarımadasında da demək olar ki, hər ölkədə məktəblərinin olduğunu vurğulayıb.

“İndi Orta Asiya respublikalarına başlayırıq. Qırğızıstanda ilk məktəbimizi açmışıq, artıq şagird qəbulu da başlayıb. Bu il Azərbaycanda da məktəb açacağıq”, – deyə Akgün əlavə edib.