Türkiyə və Pakistanın Azərbaycandakı səfirləri görüşüb

  • By admin
  • 25 İyun 2021 12:01

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə səfir Bilal Hayee “Twitter”də bildirib.

“Pakistanla Türkiyənin mükəmməl ikitərəfli əlaqələrini və qardaş Azərbaycanla üçtərəfli əməkdaşlıq perspektivləri nəzərdən keçirdik”, – deyə pakistanlı diplomat qeyd edib.