Türkiyədə dəhşətli avtobus qəzası oldu

  • Müəllif: Ayshan
  • 30 Noyabr 2025 10:54

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.

Gununsesi.info “Haber Global”a istinadən xəbər verir ki, Dinar rayonunda sərnişin avtobusunun yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Gununsesi.info