Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb

  • By admin
  • 20 Oktyabr 2020 21:18

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 74 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  116 565 şübhəli koronavirus testindən keçib, onlardan 1894-nün cavabı pozitiv çıxıb, 1512 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1545 nəfər olub.

Türkiyədə ümumilikdə 351 413 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9445 nəfər ölüb.

 

 

Gununsesi.info