Türküstan Bəyannaməsi imzalandı

Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin başçıları TDT liderlərinin qeyri-rəsmi sammitinin yekunlarına dair Türküstan Bəyannaməsini imzalayıblar.

Gununsesi.info xəbər verir ki, imzalanma mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Sənədin imzalanması TDT-yə üzv ölkələrin liderlərinin iclasının başa çatmasından sonra baş tutub.

 

Gununsesi.info