“Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır” - RƏSMİ MOSKVA

  • By admin
  • 22 Oktyabr 2020 16:50

“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir – Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, – deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

 

 

Gununsesi.info