Baş nazirin müavini və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Varşavanı ölkə iqtisadiyyatını girov götürməkdə və Polşa ilə sərhəddə keçid məntəqəsinin bağlanması səbəbindən milyardlarla itki verməkdə ittiham edib.
Gununsesi.info xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” kanalında yazıb.
Baş nazirin müavininin sözlərinə görə, polyakların Ukraynaya deyil, Avropa İttifaqına qarşı iddiaları var.
Onun fikrincə, Ukraynanın tərəfdaşlarının “Ukraynaya qarşı bu biabırçı iqtisadi blokada ilə bağlı siyasi qərar” verməsinin vaxtı çatıb.
Baş nazirin müavini Ukrayna, ABŞ, Aİ, NATO və Polşanın sərhəddə yük maşınlarının öhdəsindən gələ bilməyən ruslara necə qalib gələcəkləri ilə də maraqlanıb.
Gununsesi.info