Ukrayna ilə bağlı növbəti danışıqlar mərhələsinin təfərrüatları açıqlanıb

  • Müəllif: Orxan
  • 20 Fevral 2026 12:29

Ukrayna üzrə danışıqların növbəti mərhələsi  üçtərəfli formatda keçiriləcək.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Agentliyin mənbəyi bildirib ki, növbəti mərhələ “Üçtərəfli format” şəklində olacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl izah etmişdi ki, danışıqların yeri kimi İsveçrə şəhərinin seçilməsi bütün iştirakçılar üçün məqsədəuyğunluq və rahatlıq mülahizələrinə əsaslanıb.

Qeyd edək ki, fevralın 18-də Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında iki günlük danışıqlar başa çatdı.

Birinci günün müzakirələri altı saat, ikinci günün müzakirələri isə cəmi iki saat davam etdi. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski onları “çətin, lakin işgüzar” adlandırdı və Zelenski tərəflərin atəşkəs monitorinqi mexanizmi ilə bağlı “demək olar ki, razılığa gəldiyini” bildirdi.

Bu arada, media orqanları danışıqların dalana dirəndiyini və Ukrayna nümayəndə heyəti daxilində fikir ayrılığı yarandığını bildirib. 

Maqsud

Gununsesi.info