Ukrayna ordusu bu kəndi də azad etdi: 70 ÖLÜ

  • By admin
  • 27 Mart 2022 15:38

Ukrayna ordusu Xarkov vilayətinin Olxovka kəndini azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azov” batalyonunun Xarkov bölməsinin komandiri Konstantin Nemiçev məlumat verib.

“Kəndin azad edilməsi əməliyyatı zamanı düşmənin 70 nəfər canlı qüvvəsi, 3 texnikası məhv edilib. Bundan başqa komanda-qərargah maşını və 1 MTLB qənimət kimi götürülüb. Düşmənin 27 hərbçisi də əsir götürülüb”, – Nemiçev bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Xarkovun Qusarovka kəndini də azad edib.

Gununsesi.info