Ukrayna ordusu Pesçanoyeni azad etdi

  • By Günel
  • 16 Fevral 2025 15:01

Ukrayna ordusu rus hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığındakı Pesçanoye yaşayış məntəqəsindən çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qruplaşmasının zabiti Viktor Trequbov məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə uzun müddətdir döyüşlər gedirdi və kənd əldən-ələ keçdiyindən “boz zona” hesab olunurdu.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 13-də verdiyi məlumatda Donetsk vilayətinin Pesçanoye yaşayış məntəqəsinin ələ keçirildiyini bildirmişdi.

Gununsesi.info