Ukraynada 273 İran PUA-sı MƏHV EDİLDİ

  • By admin
  • 23 Oktyabr 2022 19:16

Sentyabrın 13-dən bu günə kimi Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını vurub.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 “Mohajer-6” hücum pilotsuz təyyarəsini vurub.

Gununsesi.info