Uşağı döyən baxça müəlliməsi işdən qovuldu - Təhsil Nazirliyi açıqlama yaydı

  • By admin
  • 14 Yanvar 2022 12:14

Sosial şəbəkələrdə İsmayıllı rayonunda baxça müəlliməsinin azyaşlı uşağı vurması barədə xəbərə Təhsil Nazirliyi münasibət bildirib.

Nazirlikdən Gununsesi.info-ya daxil olan açıqlamanı təqdim edirik:

Baş verən hadisə ilə bağlı bildirir ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

Gununsesi.info