Uşaq evinin sakini yüksək balla tələbə adını qazandı

  • Müəllif: Şəbnəm
  • 01 Sentyabr 2023 10:39

Gəncə Şəhər Uşaq Evinin sakini Həsənov Həsən Mikayıl oğlu ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edib.

Gununsesi.info xəbər verir ki, o, 413,30 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

ADPU -nun rəhbərliyindən verilən məlumata əsasən, universitet Həsəni himayəsinə götürür və onun bütün təhsil xərclərini ödəyəcək.

Qeyd edək ki, Həsən Həsənov 2012-ci ildən Gəncə Uşaq Evində yaşayır.

 

Gununsesi.info