“Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovla yaxından tanış olmaq nəsib oldu” -Fəzail Ağamalı

  • By admin
  • 08 Noyabr 2022 23:31

Milli Məclisin deputatı Fəzail Ağamalı Zəfər bayramını millət vəkili seçildiyi Salyan rayonunda qeyd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə deputat sosyal şəbəkə hesabında yazıb:

“Zəfər bayramını deputat seçildiyim Salyan rayonunda qarşıladıq.Yüksək səviyyədə hazırlanan və nümayiş etdirilən Bayram şənliyində Şuşanın alınmasında igid əsgərlərilə birlikdə böyük şücaət və qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Mayor, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovla yaxından tanış olmaq nəsib oldu. Cəsur qəhrəmanımızın təvözakarlığı, iti ağlı,Vətənə və dövlətçiliyimizə sədaqəti məni heyran etdi. Bu igidlərlə fəxr edir, qürur duyuram. Uca Tanrı sizi qorusun”.

Gununsesi.info