“Bloomberg” agentliyinin açıqladığı “Milyarderlər İndeksi”nə əsasən, “Lukoil” şirkətinin benefisiarı Vahid Ələkbərov bu il 2,58 milyard dollar sərvət itkisi ilə üzləşib.
Son məlumatlara görə, onun ümumi sərvəti 22,7 milyard dollar təşkil edir.
İndeks göstərir ki, ilin əvvəlindən bəri Rusiyanın ən iri biznesmenlərinin ümumi sərvəti 18,1 milyard dollar artsa da, bir neçə milyarder əks tendensiya ilə qarşılaşıb.

Onlardan biri də NLMK Direktorlar Şurasının sədri Vladimir Lisindir. O, 3,07 milyard dollar itirib və hazırda sərvəti 22,8 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, reytinq dünyanın ən varlı 500 şəxsini əhatə edir.
Şəbnəm













