Valideynlik hüququndan məhrum olunanlar aliment ödəməyə bilər?

  • Müəllif: Firuzə
  • 14 Aprel 2026 20:51

Bir sıra hallar var ki, onlar şəxsi valideynlik hüququndan məhrum edə bilər.

Bəs maraqlıdır, belə olarsa, həmin şəxs aliment ödəməkdən də məhrum olurmu?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, valideynlik hüququndan məhrum edilən şəxs aliment ödəmək öhdəliyindən azad olunmur, çünki aliment öhdəliyi uşağın maraqlarını qorumaq məqsədilə müəyyən edilir.

Orxan
Gununsesi.info