“VAZ-2106” motosikletlə toqquşdu - Sürücü öldü

  • Müəllif: Orxan
  • 25 Avqust 2026 09:45

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Nazim İsayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən Mahmud Kərimovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-na yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü hadisədən bir gün sonra vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info