Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün onlayn qeydiyyat bərpa edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, çoxsaylı müraciətləri nəzərə alaraq qeydiyyat prosesini sürətləndirmək məqsədilə onlayn qeydiyyat bərpa edilib.
Tədbirə gəlməzdən əvvəl events.unhabitat.org ünvanında onlayn qeydiyyatdan keçmək tövsiyə olunur.












