Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi

  • By Admin2
  • 27 Mart 2025 16:12

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info