Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib.
Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
***
Xalq artistinin müalicə aldığı Mərkəzi Klinika da onun ölümü ilə bağlı məlumat yayıb:
“Bu gün səhər saat 06:30 radələrində xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.
Allah rəhmət eləsin!
Xatırladaq ki, A.Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdu.












