“İnsanlar Xameneyinin ölümündən sonra İranda dərhal sistemin dəyişəcəyini gözləməməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi AFP-yə danışıb:
“Hakimiyyət strukturunda nə qədər mərkəzi mövqedə olmasından asılı olmayaraq bir insanın ölümü avtomatik olaraq bütün sistemin sonu demək deyil”.
F.Pəhləvi dünyanı İran xalqına dəstək verməyə çağırıb:
“Beynəlxalq ictimaiyyət ölkənin suverenliyinə hörmət etməli və İran xalqının öz gələcəyini müəyyən etmək hüququnu dəstəkləməlidir”.
Firuzə












