Xavin pulsuz yola salınır

“Barselona” klubundan qovulduğu üçün Xavinə təzminat ödənilməyəcək.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, kataloniyalı mütəxəssislə müqaviləyə bu gün xitam veriləcək.

Bununla da “Barselona” təxminən 12 milyon avro ödəməkdən imtina edib.

 Kataloniya klubunun mətbuat xidməti mayın 24-də Xavinin cari mövsümün sonunda klubun baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Gununsesi.info