Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı - FOTO

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2025 15:19

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə Dövlət-Özəl Tərəfdaşlıq sazişi imzalanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Xəzər dənizi suyu duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.

Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.

xezerde-duzsuzlasdirma-zavodu-uzre-sazis-imzalandi

Gununsesi.info