XİN-də zəlzələ ilə bağlı Operativ Qərargah yaradıldı

  • Müəllif: admin
  • 06 Fevral 2023 19:39

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Bu barədə XİN-dən bildirilib.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)
+994503422491 (24 saat)
cmmkon@mfa.gov.az

Gununsesi.info