Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xırdalan şəhərində başlayan yanğınla bağlı bəzi məqamlar bəlli olub.

FHN-in mətbuat xidmətinin ilkin məlumatına görə, mənzillərin birində baş verən yanğın geniş əraziyə yayılmayıb.

09:21

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.