Xırdalanda su təchizatı müvəqqəti dayandırılıb

  • By Günel
  • 21 Mart 2025 22:46

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Gununsesi.info -ya Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.

Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi səhər saatlarına qədər dayandırlacaq”, – məlumatda qeyd olunub.

Gununsesi.info