Xoşqədəm onun ölüm xəbərini efirdə aldı: “De ki, yalandır” -VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı məşhur alim, zaman-zaman verilişində ekspert olan Mahirə Quliyevanın ölüm xəbərini efirdə eşidib.

Gununsesi.info xəbər verir ki, o, “Səni axtarıram” proqramına mərhumun prodüser oğlu Anar Mədətovu telefon bağlantısı ilə qoşaraq məlumatı dəqiqləşdirib:

“Anar, mənə de ki, eşitdiyim xəbər yalandı. De ki, Mahirə xanım həyatdadır. Nə qədər dəhşətlidir. Mən onu ayın 10-dan sonra efirdə gözləyirdim, onun səsini eşitmək istəyirdim. Mənim ən çətin anlarımda mənə təskinlik verən, alimimiz, professorumuzu itirmək(ağlayır). Dəhşət içərisindəyəm. Mənim üçün Tahir müəllimdən (Mərhum vəkil Tahir Əlirzayev, – red.) sonra daha bir itkidir. Ondan sonra “Səni axtarıram”ın daha bir parçasını itirdim. Onları itirdikcə məhv oluram”.

Gununsesi.info